Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahənin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.
Eyni zamanda komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.