Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.
Onun sözlərinə əsasən, imzalanma yaxın gələcəkdə baş verəcək.
Vals qeyd edib ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir.
“Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır”, – Ağ Ev rəsmisi vurğulayıb.
Azinformasiya.az