Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var

Ağdamda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində qeydə alınıb. “VAZ”2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə İlyas Allahverənov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan 1991-ci il təvəllüdlü Namik Cəfərov, 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir