Zaqatalada yol-nəqliyyat hadisəsi olub, bir neçə nəfər xəsarət alıb

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, Qax rayon Güllük kənd sakininin idarə etdiyi “VAZ 2102” markalı minik avtomobili, Ağcabədi rayon sakininin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.

Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir