Ermənistandakı kilsələrdən birində partlayış olub

Ermənistanın Qeqarkunik vilayətindəki Martuni şəhərinin kilsəsində partlayış olub.

 

Azinformasiya.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, nəticədə kilsənin keşişi Akop Barseqyan xəsarət alaraq, paytaxt İrəvandakı xəstəxanaya təxliyə edilib.

Onun üz, həmçinin yuxarı və aşağı ətraflarından yanıqlar olduğu açıqlanıb.

Hadisənin səbəbi bilinmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir