Altayda güclü zəlzələ baş verib

Rusiya Federasiyası Altay Respublikasında Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 08:48-də Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir