Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.
O, “PKK, YPG, İŞİD və FETÖ daxil olmaqla, hər cür terrorla mübarizədə Pakistanın güclü dəstəyinin olduğunu” da vurğulayıb.
Türkiyə lideri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edərək, səfər çərçivəsində 24 sənədin imzalandığını bildirib.
Azinformasiya.az