Ukraynanın müdafiə naziri Brüsseldə Pentaqon rəhbəri ilə görüşüb

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.

“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.

Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir