ABŞ tərəfindən Avropa İttifaqına tətbiq edilən əsassız tariflər cavabsız qalmayacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında bildirilib.
“Aİ-yə əsaslandırılmamış tariflər cavabsız qalmayacaq – onlar qəti əks tədbirlərə səbəb olacaq. Aİ, öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı qoruyacağıq”- deyə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen vurğulayıb.
Azinformasiya.az