Əfqanıstanda kamikadze hücum nəticəsində 5 nəfər ölüb, 7 yaralı var

Əfqanıstanın şimalındakı Kunduz əyalətində banklardan birinin qarşısında kamikadze hücum olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində Taliban təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla 5 nəfər ölüb. 7 nəfər yaralanıb.

Məlumata əsasən, hücum maaşlarını bankdan götürən Taliban üzvlərini hədəf alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir