Ağcabədidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Ağcabədidə iki minik avtomobili toqquşub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, Ağcabədi rayonunun Taynaq kəndi ərazisində baş verib. “Mercedes” markalı minik maşını qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu və 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir