Tramp İranla saziş bağlamağa hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.

 

Azinformasiya.az  xəbər verir ki, Amerika lideri bunu “The New York Post”a müsahibəsində deyib.

“Mən İranla nüvə məsələsində razılaşmaq istərdim. Mən bunu bombardmandan üstün tuturam”, – Tramp qeyd edib.

Onun sözlərinə əsasən, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək.

Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir