İrəvan yaxınlığındakı Merdzavan kəndində atışma olub.
Azinformasiya.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bir sıra mətbuat səhifələrində həmin hadisədə kəndin icma rəhbəri Mqer Axtoyanın adı hallanır.
Atışma nəticəsində ölən və yaralananlar var.
Ölən və yaralanan şəxslərin kimliyi hələlik açıqlanmır.
Azinformasiya.az