Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azinformasiya.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Gəncə şəhərinin Sadıllı qəsəbəsində meyiti tapılan şəxsin 1950-ci il təvəllüdlü Cəfər Rəhimov olduğu bildirilir.
Məlumata əsasən, o, evdə tək yaşayırmış.
Azinformasiya.az