NATO-nun sabiq rəhbərinə yeni vəzifə verilir

NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri olacaq.

 

Azinformasiya.az  “Reuters“a istinadən xəbər verir ki, NATO-nun sabiq baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olacaq.

Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub.

Yens Stoltenberq on il (2014-2024) ərzində Qərb hərbi alyansına (NATO) başçılıq edib.

Onu ötən il bu vəzifədə Mark Rutt əvəz edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir