Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində qeydə alınıb.
2009-cu ildən bu xəstəxanada qeydiyyatda olan Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Həsənov Bəxtiyar Eldar oğlu özünü asaraq intihar edib.
O, yanvarın 31-də öz ərizəsi əsasında dispanserə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az