Ukraynanın Rusiyanın Həştərxan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində qaz emalı zavodunda yanğın olub.
Azinformasiya.az “unian“a istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:
“Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, həmçinin dizel yanacağı və digər məhsullar istehsal edir” – deyə, A. Kovalenko qeyd edib.
Onun sözlərinə əsasən, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir.
Azinformasiya.az