Gəncədə yeniyetmə oğlan xəstəxanada ölüb

Gəncədə xəstəxanada 12 yaşlı oğlan ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Abbas Səhhət adına xəstəxanasında baş verib.

Belə ki, 12 yaşlı yeniyetmə oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin tibbi müdaxiləsinə baxmayaraq yeniyetmə oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, dünən saat 19 radələrində 12 yaşlı Bağırov Murad Rauf oğlu

huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün bu gün saat 03:20-də Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir