ABŞ-ın Kaliforniya ştatının Martinez şəhərində yerləşən neft emalı zavodunda baş verən yanğın nəticəsində azı 3 nəfər xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.
Hadisənin Şell prospektində baş verdiyi bildirilir. Jurnalistlərin məlumatına əsasən, partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızması səbəb olub.
Qeyd edilir ki, zavodun 3 əməkdaşı yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri araşdırılır.
Azinformasiya.az