Hökməlidə obyektdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Azinformasiya.az  nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar ərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Tikilinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir