Əli Əsədov təyyarə qəzası zamanı axtarış-xilasetmə əməliyyatına görə qazaxıstanlı həmkarına təşəkkür edib

“Fürsətdən istifadə edib AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında göstərdiyi operativ reaksiyaya görə Qazaxıstan hökumətinin başçısı Oljas Bektenova təşəkkür edirəm”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarası Şuranın iclasında deyib.

O, eyni zamanda fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan baş nazirinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Azərbaycan iclasda qonaq kimi iştirak edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir