Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada ölüb.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir