Vaşinqtonda helikopterlə toqquşan sərnişin təyyarəsi çaya düşüb, ölənlər var

Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Məlumata əsasən, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“NBC News”un məlumatına əsasən, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.

“Reuters“ isə helikopterdə üç hərbçinin olduğunu bildirib.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə əsasən, baş verən hadisədə terror əlaməti yoxdur.

“The Washington Post” isə bildirir ki, polis ölənlərin sayını açıqlamadan bir neçə cəsədi çaydan çıxarıb.

Merilend rəsmiləri qəza yerinə dalğıclar göndərib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir