Ukrayna Prezidenti Vladimir Zelenski sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakına ümid etdiyini bildirib.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampın müharibəni sona çatdıra biləcəyini, ancaq bunun yalnız Ukraynanın müzakirələrə cəlb olunması ilə mümkün olacağını qeyd edib.
“Rusiya müharibəni sona çatdırmaq istəmir, lakin Ukrayna istəyir”, – Zelenski vurğulayıb.
Azinformasiya.az