Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə 66 nəfərin ölümü ilə nəticələnən yanğına görə qardaş ölkəyə başsağlığı verib.
Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:
“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”
Azinformasiya.az