Bu gün xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub.
Azinformasiya.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azinformasiya.az