Daha parlaq gələcək üçün üçün Yeni Azərbaycan Partiyası – FOTOLAR

Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri növbəti səyyar görüşlərini keçiriblər.

 

Azinformasiya.az  xəbər verir ki, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində və Zaur Şərifov küçəsi 6-cı binanın qarşısında baş tutan görüşlərdə Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Arif Şahmuradov, Jalə Qibləliyeva və Rəşad Rzayev iştirak ediblər.
Sakinləri salamlayan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov 20 yanvar faciəsinin 35-ci ilinin tamam olmasını xatırladaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan üçün şirin canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramını ifafə edib. Onun sözlərinə görə, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 35 il əvvəl həmin faciəli gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar faciəsi dünya azərbaycanlılarının azadlıq uğrunda təşkilatlanmasını sürətləndirməklə, faciədən sonra Azərbaycanda sovet imperiyasının bütün mənəvi və sosial dayaqlarını itirməsinə səbəb olub. Məhz bu hadisədən sonra müstəqillik ideyası ümummilli amala çevrilib. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək və Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra, 1994-cü il martın 29-da Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
İxdiyar Nəcəfov həmçinin onu da vurğulayıb ki, məhz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövləti bu gün onun siyasi varisi, layiqli davamçısı Cənab İlham Əliyevin rəhbərliyi altında dünyada əsas söz sahiblərindən birinə çevrilib.
Digər namizədlər Arif Şahmuradov, Jalə Qibləliyeva və Rəşad Rzayev də çıxış edərək ölkəmizdə demokratik və şəffaf seçki mühitinin olmasını diqqətə çatdırıblar. YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri seçiciləri qarşıdan gələn seçkidə fəal olmağa və bütün seçkilərdə inamlı qələbə qazanmış YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Sakinlər seçkidə mütləq iştirak edəcəklərini və daha parlaq gələcək üçün YAP-ın namizədlərini dəstəkləyəcəklərini söyləyiblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir