Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir

Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HAMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bu gün HAMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir