Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Masallının Təzə Alvadı kəndində qeydə alınıb.
Kənd sakini Aylin Məmmədova axşam saatlarında marşrutdan düşüb yolun qarşı tərəfinə keçərkən əks tərəfdən gələn mikroavtobus onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olub. Hadisə o, universitetdən evə qayıdarkən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azinformasiya.az