Ölkəmizdə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Rəşad Rzayev, Eldar Mirzəliyev, İlham Mirzəyev, Jalə Qibləliyeva və Mirvari Quliyevanın Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsinin və Qaraçuxurda yerləşən “Ulduz” parkında isə Rafiq Alıcanov küçəsinin sakinləri ilə növbəti səyyar görüşlərini keçiriblər.
Azinformasiya.az xəbər verir ki, seçicilərlə görüş zamanı çıxış edən bələdiyyə üzvlüyünə namizəd İxdiyar Nəcəfov ilk olaraq Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verib. O daha sonra müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarından danışaraq bildirib ki, bu uğurlar YAP-ı yaradan Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənablarının adı ilə bağlıdır. YAP-ın mükəmməlliyinin əsasında ilk növbədə ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir.
Bələdiyyə üzvlüyünə digər namizədlər Arif Şahmuradov, Rəşad Rzayev, Eldar Mirzəliyev, İlham Mirzəyev, Jalə Qibləliyeva və Mirvari Quliyeva da çıxış edərək siyasi partiyalar arasında ən reytinqli və cəmiyyət arasında ən nüfuzlu siyasi partiya Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin də qalibi olacağını diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda bələdiyyələrin inkişafına hər cür dəstək var və bu dəstək daim artmaqdadır. Görüşlər zamanı seçicilərin təklifləri və onları narahat edən bəzi problemlər dinlənilərək qeydiyyatı aparılıb.
YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri seçiciləri seçkidə aktiv olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Azinformasiya.az