Sumqayıtda 3 azyaşlı olmaqla bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hasisə 18-ci məhəllədə baş verib.
Dəm qazından zəhərlənən şəxslər 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Türanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanovdur.
Zəhərlənənlər dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az