Yəməndə yanacaqdoldurma məntəqəsində partlayışda 15 nəfər ölüb, 67 nəfər yaralanıb

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış olub, 15 nəfər ölüb, azı 67 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.

Əl Məşhədin məlumatına əsasən, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir