Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.
Azinformasiya.Az “Dispatch News Desk” (DND) agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov Azərbaycanın bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini söyləyib.
Bundan əlavə, azərbaycanlı nazir Pakistana Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib. O, həm Pakistan, həm də Azərbaycanın ikitərəfli ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu vurğulayıb.
Prezident Arif Alvi Pakistanın Azərbaycanla ümumi inanc və mədəni əlaqələrə əsaslanan münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.
O, Azərbaycan hökumətini və xalqını Dağlıq Qarabağın azad edilməsi münasibətilə təbrik edib və Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib. Prezident Arif Alvi həmçinin ikitərəfli əmtəə dövriyyəsinin artırılmasının və iki ölkə arasında mədəni və ticarət əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.