Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır

Moskva Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq istəyini alqışlayır, ancaq hələlik görüş üçün konkret plan yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya və ABŞ liderləri arasında dialoq üçün ilkin şərtlər tələb olunmur, liderlərin qarşılıqlı istəyi lazımdır.

Peskov bildirib ki, Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır, bunun üçün ABŞ-nin siyasi iradəsi lazımdır.

Qeyd edək ki, Tramp Florida ştatında çıxışında Putinin onunla görüşmək istədiyini və bu görüşə hazırlıq getdiyini söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir