Ukraynada Qərb qoşunlarının mövcudluğu Rusiyanı sülhə məcbur edə bilər.
Azinformasiya.az “Agence France-Presse”yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, başlıca məqsəd tərəfdaşlarla birgə buna nail olmaqdan ibarətdir:
“Bizim buna nail olmağımız vacibdir. Mən inanıram ki, tərəfdaş ölkələrin hərbçilərindən ibarət kontingentin ölkəmizin ərazisində yerləşdirilməsi Rusiyanı sülhə məcbur edə bilər”.
Azinformasiya.az