DMX rəisi: “Ötən il 145 nəfər xarici ölkələrdən Azərbaycana readmissiya olunub”

“2020-ci ildə readmissiya sahəsində 68 faiz azalma olub”.

Azinformasiya.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.

“Pandemiya ilə əlaqədar olaraq çox məhdud sayda tədbirlər həyata keçirilib. Demək olar ki, həyata keçirilən readmisiya tədbirləri 2020-ci ilin yanvar və fevral aylarını əhatə edib”, – o bildirib.

V.Hüseynovun sözlərinə görə, ötən il 145 nəfər xarici ölkələrdən Azərbaycana readmissiya olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir