Mətbuat katibi: Lukaşenko Zelenskidən üzr istəməyib

Belarus prezidenti Aleksandr Lukaşenko xüsusi hərbi əməliyyatın ilk günlərində Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Belarus rəhbərinin mətbuat katibi Natalya Eysmont bildirib.

Onun sözlərinə əsasən, bunun sadə bir səbəbi var, çünki üzr istəniləsi heç nə yoxdur.

Eysnont qeyd edib ki, o zaman Zelenski ilə telefon danışığı Belarus prezidentinin kiçik oğlu Nikolayın istisnasız emosional reaksiyası sayəsində baş tutub.

Qeyd edək ki, Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının ilk günlərində Belarus ərazisindən Ukrayna ərazisinə atəş açılmasına görə ondan üzr istədiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir