Səudiyyə Ərəbistanı Kralı və vəliəhdi Prezident İlham Əliyevə başsağlığı veriblər

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı veriblər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

“Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhumlara rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirik”, – başsağlığında vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir