Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azinformasiya.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin, bütün ruhanilərimizin adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahın xeyir-duasını arzulayıram.
Bu əlamətdar gündə Rusiya müsəlmanları Sizin rifahınız, qardaş Azərbaycan xalqının firavanlığı, işlərinizin bundan sonra da uğurlu olması üçün dualar edirlər. Bu gün dünyanın hər yerindən Sizin ünvanınıza gələn bütün xoş arzulara dərin hörmətlə qoşuluruq.
Sevindirici haldır ki, Sizin müdrik rəhbərliyiniz sayəsində xalqlarımız arasında çox yaxşı dostluq və mehriban qonşuluq ənənələri qorunub saxlanılır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə mehriban münasibətlərin inkişaf etdiyini məmnunluqla bildiririk. Bu gün Azərbaycan dövlət səviyyəsində bütün millətlərə, dinlərə və konfessiyalara tolerantlıq, hörmət nümayiş etdirən müasir multikultural cəmiyyətin ən müsbət nümunələrindən biridir.
Möhtərəm İlham Heydər oğlu, Uca Allahdan Sizə, bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. Amin!”
Azinformasiya.az