Kreml: Kiyev danışıqlara hazır deyil

Kiyev Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə hazır deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya danışıqlara hazırdır.

“Ukraynanın danışıqlara hazır olması ilə bağlı heç bir irəliləyiş yoxdur. Moskva Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllinə açıqdır, ancaq Kiyev buna hazır deyil.

Ukraynanın danışıqlara hazır olması ilə bağlı hələlik irəliləyiş olmadığı üçün əməliyyatımızı davam etdiririk. Biz dinamikanı görürük, dinamika öz sözünü deyir: biz irəliləyirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir