Gəncədə avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində baş verib.
1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az