İranda avtobus qəzasında 10 nəfər ölüb

İranın Lorestan vilayətində avtobus dərəyə aşıb, ölən və yaralananlar var.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Lorestan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Avtobusun Andimeşk-Poldaxter yolunda dərəyə aşması nəticəsində ilkin məlumata əsasən, ən azı 10 nəfər ölüb.

Qeyd edilib ki, xilasetmə işləri hələ də davam edir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir