Şalva Papuaşvili: ABŞ Administrasiyası son günlərini ölkəmizə sərf edir

“Ölkəmizə tətbiq olunan sanksiyalar ABŞ-də hakimiyyəti təhvil verməyə hazırlaşan Bayden Administrasiyasının növbəti hücumudur”.

 

Azinformasiya.az  “1tv.ge” saytına istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.

Gürcü spikerin sözlərinə əsasən, bu kimi məhdudiyyətlər xalqın rəyinə təsir göstərə bilməz. Ş. Papuaşvili əlavə edib ki, seçkidə məğlub olmuş müxalifətin son günlərini xalqa və hökumətə hücumlara həsr etməsi məyusedici haldır.

“Təəssüf ki, artıq məğlub olmuş hazırkı ABŞ Administrasiyası son günlərini ölkəmizə sərf edir. Onlar Gürcüstan hökuməti və xalqının Birləşmiş Ştatlara göstərdiyi siyasi dəstəyi unudublar. Bayden hökumətinin sanksiyaları Amerika xalqının maraqlarına və ikitərəfli əlaqələrimizə ziddir. Onlar buna görə məsuliyyət daşıyır. Rəsmi Vaşinqton həmin üsuldan bizə təzyiq vasitəsi kimi istifadə edir. Belə məhdudiyyətlər bizə yox, onları təsdiqləyən ölkələrin və hökumətlərin nüfuzuna təsir göstərir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir