Avropa Şurasının Baş katibi Kobaxidze ilə ikinci dəfə görüşüb

Gürcüstanda səfərdə olan Avropa Şurasının Baş katibi Alen Berse Baş nazir İrakli Kobaxidze ilə ikinci dəfə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Allen Berse Gürcüstana səfəri çərçivəsində dekabrın 18-də baş nazirlə ilk görüşü keçirib. Bundan başqa, o, hakim “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə də görüş keçirib. Alen Berse, eyni zamanda Tbilisidə keçirilən aksiyalarda xəsarət alan müxalifət nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, jurnalistlər və nümayişçilərlə də görüşüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir