2020-ci ildə Azərbaycanda 72 432,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Azinformasiya.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,3 % azdır.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5 % azalaraq 7 262,8 manat olub.
Hesabat dövründə ÜDM-in 50 792,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,6 % azdır.