“NATO Rusiya ilə müharibəyə hazırlaşır, biz isə hərbi planlaşdırma prosesində bu riskləri nəzərə alırıq. Həmçinin Qərbə bu cür təcrübəni sınaqdan keçirməməyi tövsiyə edirik”.
Azinformasiya.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O, həmçinin qeyd edib ki, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:
“Rusiya mütəmadi olaraq birbaşa toqquşmalardan çəkinməyi nəzərdə tutan siyasi kurs həyata keçirir. Ancaq bizə göndərilən siqnallardan aydın olur ki, qarşı tərəf gücümüzü sınamaq niyyətindədir. Okeanın o tayında bizimlə hesablaşırlar. Ümumilikdə deyə bilərəm ki, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bütün bu risklər müdafiə sahəsində görülən tədbirlərin hamısında nəzərə alınır. Hadisələrin istənilən məcrada inkişafından asılı olaraq ölkəmizin təhlükəsizliyi təmin olunacaq”.
Rusiya XİN müavininin sözlərinə əsasən, Şimali Atlantika Alyansının müəyyən etdiyi kurs tək ölkəsinə deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturasına təhdid doğurur:
“Rusiyanın uzunmüddətli perspektivdə Qərb və onun müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid törətdiyi müəyyənləşdirilib. Bu siyasəti yeritməklə NATO bütün sahələrdə üstünlük qazanmağa çalışır, sərhədlərimiz boyunca hərbi mövcudluğunu genişləndirir və təlimlər keçirir. Alyans, eyni zamanda qoşunların sürətli cəmləşdirilməsini təmin etmək üçün logistik infrastrukturu inkişaf etdirir. Regional müdafiə planları da məhz bu səbəbdən qəbul edilib”.
Azinformasiya.az