Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib.
“Türkiyə bu prosesin bir parçası olmayıb”, – nazir vurğulayıb.
Bundan başqa, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.
Azinformasiya.az