Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil

Polşa qoşunları mümkün atəşkəsdən sonra belə Ukraynaya daxil olmayacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Polşa hərbçiləri atəşkəsdən sonra da heç bir miqyasda, eləcə də sülhməramlı kimi Ukraynaya daxil olmayacaq”, – Tusk deyib.

O, Ukraynadakı müharibə ilə bağlı bütün Avropa ölkələri arasında ən ağır yükü Polşanın daşıdığını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir