Kreml: Suriyada vəziyyətə nəzarət edənlərlə təmasları dəstəkləyirik

Rusiya Suriyaya yardım göstərməklə öz missiyasını vaxtında yerinə yetirib, buna çox səy sərf edib, daha sonra isə Əsəd hakimiyyəti işləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, indi Moskva Suriyada sabitliyin tezliklə bərqərar olmasını istəyir ki, vəziyyətin hüquqi müstəviyə ötürülməsi perspektivlərinə nail olmaq imkanı olsun.

Peskov Kremlin Suriyada bütün baş verənləri diqqətlə izlədiyini, hazırda orada vəziyyətə nəzarət edənlərlə təmasları dəstəklədiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir