Narışkin: ABŞ təşəbbüsü itirir, Ermənistanla Azərbaycan bütün məsələləri müstəqil həll etməyə üstünlük verir

ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb.

O, Ermənistan və Azərbaycanın bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Avropa İttifaqının sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə həqiqətən qulaq asmadıqlarını söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir